Sığorta
121

Azərbaycanda 14 sığorta şirkətinin ödənişləri artıb

Azərbaycanda 14 sığorta şirkətinin ödənişləri artıb

Bu ilin yanvar-noyabr aylarının yekununa görə, Azərbaycandakı 22 sığorta şirkətindən 14-nün ödənişləri illik müqayisədə artıb, 7-nin ödənişləri azalıb, 1 şirkət ("Xalq Həyat Sığorta" ASC) isə son 1 ildə ödəniş etmədiyi üçün onun ödənişlərində dinamika qeydə alınmayıb.

"Renkinq” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "Naxçıvan Sığorta" ASC-dir. Bu şirkət 11 ayda 33 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 21,4 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “A-Qrup Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri 7,646 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 0,4% çoxdur.

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Azərbaycan Sənaye Sığorta" ASC-dədir. Bu şirkət 11 ay ərzində 1,834 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 1,4% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "AXA Mbask" Sığorta Şirkəti ASC-dədir. Bu şirkətin ödənişləri 89,2% azalaraq 627 min manata düşüb. 

Bölmədən olan bütün xəbərlər