Büdcə
123

Milli Məclis gələn ilin dövlət büdcəsini qəbul edib

Milli Məclis gələn ilin dövlət büdcəsini qəbul edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “2021-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi III oxunuşda qəbul edilib.

"Renkinq" xəbər verir ki, gələn ilin dövlət büdcəsinin gəlirləri 25 427 milyon manat, xərcləri isə 28 543 milyon manat məbləğində proqnozlaşdırılır.

Sənəd müzakirə edilib və səsverməyə qoyularaq təsdiqlənib. 

İclasda həmçinin “2021-ci il üçün yaşayış minimumu haqqında”, “2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri III oxunuşda qəbul edilib.

Qeyd edək ki, gələn il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat, ehtiyac meyarı isə 170 manat məbləğində müəyyən edilib. 

Bölmədən olan bütün xəbərlər