Sığorta
113

Azərbaycanda sığorta ödənişlərinin 85%-i 5 şirkətin payına düşür

Azərbaycanda sığorta ödənişlərinin 85%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda həyata keçirilmiş 391,454 milyon manat sığorta ödənişinin 333,986 milyon manatı və yaxud 85,3%-i 5 sığorta şirkətinin payına düşüb.

“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (195,759 milyon manat), "PAŞA Sığorta" (58,908 milyon manat), "Atəşgah Həyat Sığorta" (48,737 milyon manat), “Xalq Sığorta” (15,721 milyon manat) ASC-lər və Dövlət Sığorta Kommersiya Şirkətidir (“Azərsığorta”, 14,861 milyon manat).

11 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Xalq Həyat Sığorta" (0 manat), "Naxçıvan Sığorta" (33 min manat), "Rəvan Sığorta" (319 min manat), "Bakı Sığorta" (347 min manat) və “AXA Mbask” Sığorta Şirkəti (627 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1,326 milyon manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,3%-i deməkdir.

Qalan 12 sığorta şirkətinin ümumi ödənişləri isə 56,142 milyon manat (14,4%) təşkil edib.

 

 

Bölmədən olan bütün xəbərlər