Sığorta
105

Azərbaycanda sığorta haqlarının 74%-i 5 şirkətin payına düşür

Azərbaycanda sığorta haqlarının 74%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda toplanılmış 668,926 milyon manat sığorta haqqının 491,462 milyon manatı və yaxud 73,5%-i 5 sığorta şirkətinin payına düşüb.

"Renkinq" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (224,687 milyon manat), "PAŞA Sığorta" (151,557 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta", 48,306 milyon manat), eləcə də “Atəşgah Həyat Sığorta” 38,351 milyon manat) və "Xalq Sığorta" (28,561 milyon manat) ASC-lərdir.

11 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "AXA MBask" (5 min manat), “Rəvan Sığorta” (1,078 milyon manat), "Naxçıvan Sığorta" (1,519 milyon manat), "Bakı Sığorta” (1,802 milyon manat) və ləğv prosesində olan “Amrah Sığorta”  ASC-lərdir (1,982 milyon manat). Adları çəkilən şirkətlər ümumilikdə 6,386 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,9%-i deməkdir.

Qalan 12 sığorta şirkətinin ümumi yığımları isə 171,078 milyon manat (25,6%) təşkil edib.

Bölmədən olan bütün xəbərlər