Bankçılıq
150

İpoteka krediti bağlanmış Vətən müharibəsi şəhidlərinin sayı açıqlanıb

İpoteka krediti bağlanmış Vətən müharibəsi şəhidlərinin sayı açıqlanıb

Müdafiə Nazirliyinin təqdim etdiyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısına əsasən, 68 şəhidin qalıq məbləği 3,3 milyon manat olan 70 ipoteka krediti üzrə öhdəliyi olub.

“Renkinq” xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, ölkə prezidentinin 2016-cı il 22 iyun tarixli fərmanı ilə təsdiqlənmiş "İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nın tələblərinə uyğun olaraq, həmin kreditlər borcalanın ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından həyat sığortası şirkətləri tərəfindən sığortalanıb. Bu günə həmin kreditlərin hamısı üzrə kredit öhdəliklərini müvafiq sığortaçılar tam bağlayıb.

Bölmədən olan bütün xəbərlər