Büdcə
113
Azərbaycanın xarici ticarət dövriyyəsi 26% azalıb

Bakı / 28.12.2020 / Renkinq:
Bu il yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 22,746 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
“Renkinq” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,9% azdır.
11 aylıq xarici ticarət dövriyyəsinin 13,061 milyard dolları ixracın, 9,686 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,65%, idxal isə 21,8% azalıb.
Son nəticədə xarici ticarətdə 3,375 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 43% azdır.