Bankçılıq
153
Azərbaycan banklarının xarici öhdəlikləri yenidən artıb

Bakı / 28.12.2020 / Renkinq:
Bu il dekabrın 1-nə Azərbaycan banklarının xarici öhdəlikləri 1 239,5 milyon manat təşkil edib.
“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 0,8% çoxdur.
Bununla belə, ilin əvvəlinə nisbətən bankların xarici öhdəlikləri 24,7%, son 1 ildə isə 25,6% azalıb.