Bankçılıq
150

“Bank Respublika” sosial müdafiəyə ehtiyacı olan 100-a yaxın vətəndaşa dəstək oldu!

“Bank Respublika” sosial müdafiəyə ehtiyacı olan 100-a yaxın vətəndaşa dəstək oldu!

Ölkəmizdə davamlı olaraq sosial layihələr həyata keçirən ölkənin aparıcı banklarından biri olan “Bank Respublika” ASC həssas əhali qruplarının özünüməşğulluğunun təşkili istiqamətində növbəti layihəni uğurla başa vurub.
Bank ilin əvvəlindən start götürən Özünüməşğulluq proqramı çərçivəsində sosial müdafiəyə xüsusi ehtiyacı olan daha 29 nəfərin şəxsi biznes yaratmaq arzularını reallaşdırıb.
Bu dəfə Bankın əməkdaşları Bakı, Abşeron, Sumqayıt, Gəncə, Qusar, Lənkəran, Masallı, Şirvan, Tovuz və Bərdədə sosial müdafiəyə xüsusi ehtiyacı olan şəhid və aztəminatlı ailələrə eləcə də işsiz şəxslərə onların sosial rifahını yüksəltmək məqsədilə əvəzsiz olaraq mal-qara, avadanlıq və digər aktivlər təqdim edib.

Bununla da yeni un məmulatları sexi, playstation oyun zalı, tekstil məhsulları istehsal edən kiçik müəssisə, avtoyuma və avtoelektrik mərkəzi, playstation oyun zalı, heyvandarlıq təsərrüfatı, broyler təsərrüfatı və kiçik restoranın yaradılması mümkün olub.  

Sakinlər daimi gəlir mənbəyi yaratdıqlarına görə “Bank Respublika”ya və layihənin bütün iştirakçılarına öz təşəkkürünü bildiriblər.

“Bank Respublika” bu il özünüməşğulluq proqramı çərçivəsində 71 nəfər vətəndaşın özünüməşğulluğunun təşkili istiqamətində öz dəstəyini göstərib. Bu tədbirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyi arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair memorandum çərçivəsində həyata keçirilib.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və yaxud 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Bölmədən olan bütün xəbərlər