Bankçılıq
175
Almaniyanın məşhur bankı Azərbaycandakı nümayəndəliyini ləğv edir

Bakı / 28.12.2020 / Renkinq:
Almaniyanın məşhur bankı "Kommerzbank AG"nin Azərbaycandakı nümayəndəliyi ləğv edilir.
“Renkinq” bu barədə İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Kreditorlar tələblərini 2 ay ərzində Baki şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A, ("Landmark" iş mərkəzi, III, 13-cü mərtəbə) ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Kommerzbank AG" Azərbaycanda 2007-ci ildən fəaliyyət göstərir.