Sığorta
114

Sığortaçılar Vətən müharibəsi iştirakçılarının ipoteka kreditlərinə görə 3,2 milyon manat ödəniş edib

Sığortaçılar Vətən müharibəsi iştirakçılarının ipoteka kreditlərinə görə 3,2 milyon manat ödəniş edib

Azərbaycan Mərkəzi Bankı və "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin birgə nəzarəti ilə sığorta şirkətlərinin Vətən müharibəsində şəhid olmuş və yaxud aldığı xəsarət nəticəsində müvafiq əlillik dərəcəsi almış hərbi qulluqçuların ipoteka kreditlərini ödəməsi prosesi operativ şəkildə davam edir. 

"Renknq" xəbər verir ki, bu barədə ASA-nın açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, ödənişi həyat sığortası şirkətləri həyata keçirir. Bu günə qədər 3 235 757 manat ödənilib. 

Paralel olaraq Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta") şəhidlərimizin vərəsələrinə, xəsarət almış hərbiçilərimizə və əlillik dərəcəsi müəyyən edilmiş qazilərimizə Hərbi Qulluqçuların Dövlət İcbari Şəxsi Sığortası çərçivəsində sığorta ödənişi verir. Bu günə qədər 1 053 şəhidimizin vərəsələrinə və hərbi əməliyyatlar zamanı xəsarət almış 4 119 nəfər hərbiçimizə 18 109 850 manat ödəniş edilib. 

Bölmədən olan bütün xəbərlər