Sığorta
126

Azərbaycanda həyat sığortası 15%, qeyri-həyat sığortası isə 5% artıb

Azərbaycanda həyat sığortası 15%, qeyri-həyat sığortası isə 5% artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 280,919 milyon manat sığorta haqqı toplanılıb.

“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 14,7% çoxdur.

Son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 388,107 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 4,7% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 2,4 dəfə artaraq 247,023 milyon manata çatıb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 3,45% azalaraq 144,431 milyon manata düşüb.

Beləliklə, 2020-ci ilin yanvar-noyabr aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 87,9 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 37,2 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2019-cu ilin yanvar-noyabr aylarında müvafiq olaraq 41,9 manat və 40,35 manat olub.

Bölmədən olan bütün xəbərlər