Sığorta
93

Azərbaycanda könüllü sığorta 11%, icbari sığorta isə 4% artıb

Azərbaycanda könüllü sığorta 11%, icbari sığorta isə 4% artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 462,382 milyon manat sığorta haqqı toplanılıb.

“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,7% çoxdur.

Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 4,45% artaraq 206,543 milyon manat olub.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 328,069 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 82,7% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 12,8% azalaraq 63,384 milyon manata düşüb.

Beləliklə, 2020-ci ilin yanvar-noyabr aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 70,95 manatı qədər ödəniş edilib. Bu rəqəm 2019-cu ilin yanvar-noyabr aylarında 43 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 36,8 manatdan 30,7 manata düşüb.

Bölmədən olan bütün xəbərlər