Bankçılıq
164

Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti və kompensasiya məbləği artırılıb

Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti və kompensasiya məbləği artırılıb

Prezident İlham Əliyev Milli Məclisin bu il dekabrın 18-də qəbul etdiyi "Əmanətlərin tam sığortalanması haqqında" və "Əmanətlərin sığortalanması haqqında" qanunlara dəyişiklikləri təsdiqləyib. 

"Renkinq" xəbər verir ki, dəyişikliklərə əsasən, 1-ci qanunun qüvvədə olma müddəti 5 aprel 2021-ci il tarixinə qədər artırılıb, eləcə də 2-ci qanunla tənzimlənən fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləği 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) çatdırılıb, fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitlərinin sığortalanmasına (kompensasiya məbləği 20 min manat müəyyən edilməklə) başlanılıb. Amma bu müddəalar gələn il aprelin 5-dən qüvvəyə minəcək. 

Xatırladaq ki, “Əmanətlərin tam sığortalanması haqqında” 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Məqsəd manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. Ötən il martın 4-də Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il, bu il martın 13-də isə daha 9 ay uzadıb.

Bölmədən olan bütün xəbərlər