Bankçılıq
156

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 44% artıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 44% artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 228,7 milyon manat ipoteka krediti verilib.

“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,2% çoxdur.

Hesabat dövründə İKZF-nin yenidən maliyyələşdirdiyi kreditlər 35,8% azalaraq 138,1 milyon manat, qiymətli kağızlar bazarından istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsait 33,3% artaraq 200 milyon manat, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə 2 dəfə artaraq 161,2 milyon manat təşkil edib. 

Bölmədən olan bütün xəbərlər