Bankçılıq
143

"BirKart" və “Ürəklər” artıq Şuşada!

Ölkənin ən məşhur taksit kartlarından olan “BirKart” Azərbaycanda ilk dəfə olaraq düşmən işğalından azad olunan şəhərdə ilk partnyoru – “AzCake” MMC ilə əməkdaşlıq müqaviləsi imzalayıb. İstehsal sahəsi və mağazadan ibarət olan “AzCake” Şuşa şəhərində fəaliyyətə başlayan ilk sahibkarlıq subyektidir.

Əməkdaşlıq çərçivəsində qədim Şuşa şəhərimizdə bir neçə gün əvvəl ilk filialını açan “AzCake” mağazasında alış-veriş edən “BirKart” sahibləri, məbləği 2 taksitlə ödəyə bilərlər. Bununla da dövlət tərəfindən mülki əhaliyə Şuşaya getmək imkanı yaradılan kimi, taksit imkanından yararlanmaq olar.

Həmçinin, “BirBank” mobil tətbiqi vasitəsilə 1000 “Ürək” müqabilində pulsuz şirniyyat əldə etmək olar. Bildiyiniz kimi “BirBank” istifadəçiləri POS terminal, İnternet və “BirBank” vasitəsilə ödənişlər edərək, “Ürəklər” qismində olan bonuslar qazanırlar və sonra həmin bonusları müxtəlif hədiyyələrə və kuponlara dəyişə bilirlər.

“BirKart”ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. Kart bir sıra üstünlüklərə malikdir: 18 aya qədər faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günə qədər güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan “cashback” imkanı. SMS məlumatlandırma xidməti isə pulsuzdur. “BirKart”ın ölkə üzrə 7500-dən çox partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

“BirKart” haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud kartın “Facebook” səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. “BirKart” sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və yaxud (051) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar.

Bölmədən olan bütün xəbərlər