Sığorta
109
Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi sığortaçı seçir

Bakı / 21.12.2020 / Renkinq:
Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi anbarındakı mal-material dəyərlilərinin sığortası üçün kotirovka sorğusu elan edib.
“Renkinq” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini yanvarın 23-ü, saat 12:00-a qədər qurumun yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, ev 3 ünvanına təqdim edə bilərlər.
Maraqlanan təşkilatlar (012) 346-03-16 nömrəsi ilə əlaqə saxlaya bilərlər.