Sığorta
135

İcbari Sığorta Bürosuna ödəniləcək iştirak haqqı və təminat depozitinin məbləği müəyyən edilib

İcbari Sığorta Bürosuna ödəniləcək iştirak haqqı və təminat depozitinin məbləği müəyyən edilib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti İcbari Sığorta Bürosuna (İSB) ödənilməli olan iştirak haqqı və təminat depozitinin məbləğlərinin müəyyən edilməsi məqsədi ilə “İcbari sığortalar haqqında” qanunun 28.4-cü və 30.2-ci maddələrinə və “Mərkəzi Bank haqqında” qanunun 22.0.17-ci maddəsinə əsasən qərar qəbul edib.

“Renkinq” xəbər verir ki, AMB-nin sədri Elman Rüstəmovun imzaladığı qərara əsasən, İSB-nin iştirakçısı olmaq üçün müraciət etmiş sığortaçının ödəməli olduğu iştirak haqqının məbləği 200 min manat, Büroya birdəfəlik olaraq ödəməli olduğu təminat depozitinin məbləği isə müvafiq icbari sığorta növləri üzrə aşağıdakı kimi müəyyən olunub:

- Daşınmaz əmlakın icbari sığortası üzrə – 100 min manat;

- Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə – 100 min manat;

- Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə – 200 min manat;

- Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə – 100 min) manat;

- İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə – 100 min manat.

Bundan başqa, qərarda deyilir ki, Naxçıvan MR-də fəaliyyət göstərən sığortaçılar üçün ödənişlərin məbləği yuxarıda qeyd olunan məbləğlərin 50%-i qədərdir.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər