Sığorta
153

Azərbaycanda 13 sığorta şirkətinin ödənişləri artıb

Azərbaycanda 13 sığorta şirkətinin ödənişləri artıb

Bu ilin yanvar-oktyabr aylarının yekununa görə, Azərbaycandakı 22 sığorta şirkətindən 13-nün ödənişləri illik müqayisədə artıb, 8-nin ödənişləri azalıb, 1 şirkət ("Xalq Həyat Sığorta" ASC) isə son 1 ildə ödəniş etmədiyi üçün onun ödənişlərində dinamika qeydə alınmayıb.

"Renkinq” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "Naxçıvan Sığorta" ASC-dir. Bu şirkət 10 ayda 22 min  manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 14,4 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Meqa Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri 3,763 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 1,4% çoxdur.

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Azərbaycan Sənaye Sığorta" ASC-dədir. Bu şirkət 10 ay ərzində 1,609 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 6,1% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "AXA Mbask" Sığorta Şirkəti ASC-dədir. Bu şirkətin ödənişləri 88,7% azalaraq 627 min manata düşüb. 

Bölmədən olan bütün xəbərlər