Sığorta
165

Azərbaycanda 6 sığorta şirkətinin yığımları azalıb

Azərbaycanda 6 sığorta şirkətinin yığımları azalıb

Bu ilin yanvar-oktyabr aylarının yekununa görə, Azərbaycandakı 22 sığorta şirkətindən 16-nın yığımları illik müqayisədə artıb, 6-nın isə yığımları azalıb.

"Renkinq" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə yığımları ən çox artan şirkət bazarı tərk edən "Amrah Sığorta" ASC-dir. Bu şirkət 10 ayda 1,982 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 5 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə Dövlət Sığorta Kommersiya Şirkətidir ("Azərsığorta"). Bu şirkətin daxilolmaları 46,083 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 5,5% çoxdur.

Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "AXA MBASK" Sığorta Şirkəti ASC-dədir. Bu şirkət 10 ay ərzində 5 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 99,4% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə “İpək Yolu Sığorta” ASC-dədir. Bu şirkətin yığımları 6,5% azalaraq 16,562 milyon manata düşüb. 

Bölmədən olan bütün xəbərlər