Sığorta
142
İcbari Sığorta Bürosu “Standard Insurance”in 3 400 kreditoruna 3,3 milyon manat ödəniş edib

Bakı / 04.12.2020 / Renkinq:
İcbari Sığorta Bürosu (İSB) müflis elan edilmiş “Standard Insurance” Sığorta Şirkəti ASC-nin 3 400 kreditoruna 3,3 milyon manat kompensasiya ödəyib.
Bu barədə “Renkinq”ə Bürodan bildirilib.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı “Standard Insurance”in lisenziyasını bu il mayın 19-da ləğv edib. Bakı Kommersiya Məhkəməsinin iyulun 29-da qəbul etdiyi qərarla sığorta şirkəti müflis elan olunub, avqustun 17-də qəbul etdiyi qərarla isə onun Ləğvetmə Komissiyasının tərkibi müəyyən edilib. Komissiyaya İSB-nin icraçı direktoru Rəşad Əhmədov rəhbərlik edir.
Yeri gəlmişlən, bu, Büronun fəaliyyəti dövründə II haldır. 2017-2018-ci illərdə qurum müflis elan edilmiş "Alfa Sığorta" ASC-nin təxminən 180 kreditoruna 311 min manat ödəniş edib.