Sığorta
134

ARDNF sığortaçı seçir

ARDNF sığortaçı seçir

Dövlət Neft Fondu (ARDNF) əməkdaşlarının könüllü tibbi sığortalanması üçün təkliflər sorğusu elan edib.

“Renkinq” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini dekabrın 14-ü, saat 18:00-a qədər Fondun inzibati binasının yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165 ünvanına təqdim edə bilərlər. Əlaqələndirici şəxslər Sitara Mirabdullayeva, Abdulla Böyükkişiyev və Kəmalə Rəhimovadır. Telefon: (012) 498-77-53 (daxili: 8004; 1004; 8023).

Təkliflərə dekabrın 15-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.

Bölmədən olan bütün xəbərlər