Bankçılıq
203

“Azərbaycan Beynəlxalq Bankı”nın Rusiyadakı törəməsinin xalis mənfəəti kəskin artıb

“Azərbaycan Beynəlxalq Bankı”nın Rusiyadakı törəməsinin xalis mənfəəti kəskin artıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən törəməsi (“ABB-Moskva”) bu ilin yanvar-sentyabr aylarını 3 014,204 milyon rubl (67,82 milyon manat) xalis mənfəətlə başa vurub.

“Renkinq” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 dəfə çoxdur.

9 ay ərzində “ABB-Moskva”nın vergiyəqədərki mənfəəti 3 513,695 milyon rubl (79,058 milyon manat, 6,3 dəfə çox), mənfəət vergisi ödəmələri isə 499,491 milyon rubl (11,239 milyon manat, 1 il bundan əvvəl qənaət edib) təşkil edib.

Bu il oktyabrın 1-nə “ABB-Moskva”nın aktivləri 8 057,014 milyon rubl (181,283 milyon manat) olub ki, bu da illik müqayisədə 13,1% çoxdur. Bunun 710,771 milyon rublu (15,992 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 4,3 dəfə böyüyüb.

Hesabat dövründə “ABB-Moskva”nın öhdəlikləri 70% azalaraq 860,439 milyon rubl (19,36 milyon manat), o cümlədən depozit portfeli 58,1% azalaraq 315,915 milyon rubl (7,108 milyon manat), balans kapitalı isə 69,3% artaraq 7 196,575 milyon rubl (161,923 milyon manat) təşkil edib.

Xatırladaq ki, “ABB-Moskva” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 4 124,906 milyon rubldur (92,81 milyon manat).

1 rubl = 0,0225 manat

Bölmədən olan bütün xəbərlər