Bankçılıq
208

Azərbaycanda 5 bankın kredit portfeli azalıb

Azərbaycanda 5 bankın kredit portfeli azalıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il oktyabrın 1-nə kredit portfeli illik müqayisədə az olub.

"Renkinq" xəbər verir ki, bunlar "Xalq Bank", "Muğan Bank", "Azər-Türk Bank", "Access Bank" və “Yapı Kredi Bank Azərbaycan”dır.

Ən çox azalma “Yapı Kredi Bank Azərbaycan”da (22,1%), ən az azalma isə "Xalq Bank"da (2,7%) qeydə alınıb.

Qalan 21 bankın isə kredit portfeli artıb. Ən yüksək dinamika "Unibank"da (67,8%), ən aşağı dinamika isə "Bank Respublika"da (0,7%) qeydə alınıb.

Bölmədən olan bütün xəbərlər