Bankçılıq
195

Azərbaycanda 4 bankın kredit portfeli 1 milyard manatdan çoxdur

Azərbaycanda 4 bankın kredit portfeli 1 milyard manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il oktyabrın 1-nə kredit portfeli 1 milyard manatdan çox olub.

"Renkinq" xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (2 228,984 milyon manat), "PAŞA Bank" (2 002,811 milyon manat), "Kapital Bank" (1 940,021 milyon manat) və "Xalq Bank"dır (1 503,007 milyon manat).

Qalan 22 bankdan 18-də kredit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 2 bankda 10-100 milyon manat arasında, 2 bankda isə 10 milyon manatdan azdır.

Bölmədən olan bütün xəbərlər