Bankçılıq
207
“Unibank”ın səhmdarlarının yığıncağı keçiriləcək

Bakı / 23.11.2020 / Renkinq:
Dekabrın 23-də, saat 15:00-da “Unibank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Renkinq” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "Unibank"ın korporativ sənədlərinin qəbul edilməsi, təşkilati və digər məsələlər daxildir.