Büdcə
258
Gələn ilin dövlət büdcəsi layihəsinə Qarabağda yenidənqurma ilə bağlı düzəliş ediləcək

Bakı / 23.11.2020 / Renkinq:
“Azərbaycanda elan olunmuş hərbi vəziyyətlə əlaqədar gələn ilin dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsinin gecikməsi təbiidir”.
“Renkinq” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.
“İşğaldan azad olunan ərazilərimizdə yenidənqurma işlərinin aparılması, enerji- kommunal, nəqliyyat infrastrukturunun, doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şərait yaradılması başlıca prioritet kimi qəbul edilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, tezliklə bütün Qarabağda abadlıq və quruculuq işləri başlayacaq. Bu vəzifələrin həyata keçirilməsi ilə bağlı maliyyə təminatının yaradılması 2021-ci il üçün büdcə layihəsinə düzəliş edilməsini şərtləndirir”, - deyə nazir qeyd edib.
Mənbə: REPORT