Bankçılıq
230

Azərbaycanda 12 bankın qiymətli kağızlara investisiyaları azalıb

Azərbaycanda 12 bankın qiymətli kağızlara investisiyaları azalıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 21-nin bu il və ötən il oktyabrın 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olub ki, bunlardan da 12-də fond bazarına investisiyaların illik dinamikası mənfi olub.

"Renkinq" xəbər verir ki, həmin banklar "Xalq Bank", "Azərbaycan Beynəlxalq Bankı", İran Milli Bankının Bakı filialı, "Kapital Bank", "Yapı Kredi Bank Azərbaycan", “Azər-Türk Bank”, “Express Bank”, "Bank VTB Azərbaycan", “Yelo Bank”, Unibank”, "Bank Avrasiya" və "AFB Bank"dır.

Ən çox azalma "AFB Bank"da (89,4%), ən az azalma isə "Xalq Bank"da (1,1%) qeydə alınıb.

9 bankda isə fond bazarına investisiyalar artıb. Bunlar "Bank BTB", “Zıraat Bank Azərbaycan”, "Bank Respublika", “Turan Bank”, "Rabitəbank", “PAŞA Bank”, Pakistan Milli Bankının Bakı filialı, "Access Bank" və  “Bank of Baku”dur. Ən yüksək dinamika "Bank BTB”də (2,9 dəfə dəfə), ən aşağı dinamika isə "Bank of Baku"da (3,4%) qeydə alınıb.

5 bank - "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank", "Naxçıvan Bank", və "Premium Bank" isə son 1 ildə qiymətli kağızlara bazarına investisiya qoymayıb. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Bölmədən olan bütün xəbərlər