Bankçılıq
223

Azərbaycanda 4 bankın qiymətli kağızlara investisiyaları 100 milyon manatdan çoxdur

Azərbaycanda 4 bankın qiymətli kağızlara investisiyaları 100 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il oktyabrın 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olmayıb.

“Renkinq” xəbər verir ki, bunlar "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank", "Naxçıvan Bank" və "Premium Bank"dır.

Digər 21 bank isə fond bazarına müxtəlif məbləğlərdə investisiyalar qoyub. Onlardan 4-də investisiyaların məbləği 100 milyon manatdan çoxdur. Bunlar "PAŞA Bank" (1 452,729  milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (1 214,865 milyon manat), "Kapital Bank" (635,556 milyon manat) və "Xalq Bank"dır (154,709 milyon manat).

Qiymətli kağızlara investisiyaların məbləği 16 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.

Bölmədən olan bütün xəbərlər