Bankçılıq
115

“Kapital Bank” aztəminatlı ailələrdən olan abituriyentlərə dəstək göstərdi

“Kapital Bank” aztəminatlı ailələrdən olan abituriyentlərə dəstək göstərdi

“Kapital Bank” ASC “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-nin dəstəyi ilə Sabirabad rayonunda yaşayan aztəminatlı ailələrin övladlarının ali məktəblərə hazırlığını təmin etmək məqsədilə sentyabr ayından sosial layihəyə başlayıb. Sabirabadın millət vəkili Kamal Cəfərovun təşəbbüsü ilə keçirilən layihənin şərtlərinə əsasən, həmin ailələrin övladları “Kainat” Tədris Mərkəzində ali məktəblərə ödənişsiz hazırlıq kurslarında iştirak edəcəklər. 

“Düşünən Azərbaycan Gənci” (DAG) platforması çərçivəsində keçirilən layihədə Sabirabadda yaşayan aztəminatlı ailələrin övladlarının yaşayış səviyyələri təhlil edilib, sonra onlar sınaq imtahlarında iştirak edib və yüksək potensiala malik 12 gənc layihəyə cəlb olunub. 

26 sentyabr 2020-ci il tarixində Sabirabad rayonundakı Heydər Əliyev Mərkəzində keçirilən təqdimat zamanı millət vəkili Kamal Cəfərov, “Kapital Bank”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov, “Aqrar İnnovasiya və Təchizat Şirkəti”nin direktoru Tofiq Niftəliyev, “Kainat” Tədris Mərkəzinin, Sabirabad rayon təhsil idarəsinin rəhbərliyi, həmçinin digər şəxslər iştirak edirdi. 

Sabirabadın kəndlərində yaşayan gənclərin kurslara gəlib-getməsi üçün pulsuz nəqliyyat da ayrılıb. 10 ay davam edəcək layihə çərçivəsində hər gün 5 saat olmaqla müxtəlif fənlər üzrə tədris həyata keçiriləcək və hər ayın yekununda həm sınaq, həm də yoxlama testləri təşkil olunacaq. 

Bölmədən olan bütün xəbərlər