Sığorta
194

“Standard Insurance”in keçmiş sədri yeni yaradılmış şirkətin direktoru təyin olunub

“Standard Insurance”in keçmiş sədri yeni yaradılmış şirkətin direktoru təyin olunub

Azərbaycan Mərkəzi Bankının bu il mayın 19-da lisenziyasını ləğv etdiyi "Standard Insurance" Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin keçmiş sədri Anar Sadıxov yeni yaradılmış şirkətin direktoru təyin olunub.

“Renkinq” xəbər verir ki, söhbət "Lab Test" QSC-dən gedir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu səhmdar cəmiyyətini bu il oktyabrın 8-də dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 52, mənzil 115, nizamnamə kapitalı isə 2 min manatdır.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər