Büdcə
123

Dövlət Reklam Agentliyi ötən ili mənfəətlə başa vurub

Dövlət Reklam Agentliyi ötən ili mənfəətlə başa vurub

Dövlət Reklam Agentliyi 2019-ci ili 1,153 milyon manat xalis mənfəətlə başa vurub.

“Renkinq” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 31,7% azdır.

Ötən il Dövlət Reklam Agentliyinin gəlirləri 7,228 milyon manat (illik müqayisədə 22,9% çox), o cümlədən reklam yayımı haqlarından gəlirləri 6,82 milyon manat (22,5% çox), digər gəlirləri isə 408 min manat (30,8% çox) təşkil edib.

Hesabat dövründə Agentliyin xərcləri isə 6,086 milyon manat (1,6 dəfə çox), o cümlədən insan resursları üzrə xərcləri 4,33 milyon manat (1,8 dəfə çox), əsas vəsaitlər və qeyri-maddi aktivlərin amortizasiyası xərcləri 411 min manat (2,4 dəfə çox), icarə xərcləri 407 min manat (2,4 dəfə çox), ezamiyyə xərcləri 202 min manat (1,6 dəfə çox), istifadə edilmiş mal-material ehtiyyatları üzrə xərcləri 161 min manat (30,9% çox), təmir və saxlanma xərcləri 103 min manat (3,4 dəfə az), digər xərcləri isə 470 min manat (50,2% çox).

2019-cu ildə Agentlik mənfəət vergisi ödəmələrinə 11 min manat qənaət edib (2018-ci ildə vergi ödəyib).

Bu il yanvarın 1-nə Dövlət Reklam Agentliyinin aktivləri 4,934 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 25% çoxdur. Ötən il Agentliyin öhdəlikləri 23,8 dəfə azalaraq 16 min manata düşüb, balans kapitalı isə 38% artaraq 4,917 milyon manata çatıb.

Xatırladaq ki, Dövlət Reklam Agentliyi ölkə prezidentinin 20 iyun 2017-ci il tarixli fərmanı ilə publik hüquqi şəxs kimi yaradılıb. Onun nizamnamə kapitalı 10 min manatdır. Agentlik açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən qurumdur.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər