Bankçılıq
156

Azərbaycanda 5 bankın aktivləri 1 milyard manatdan çoxdur

Azərbaycanda 5 bankın aktivləri 1 milyard manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il oktyabrın 1-nə aktivləri 1 milyard manatdan çox olub.

“Renkinq” xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (8 187,558 milyon manat), “Kapital Bank” (5 040,567 milyon manat), “PAŞA Bank” (4 868,963 milyon manat), “Xalq Bank” (2 295,228 milyon manat) və “Bank Respublika”dır (1 070,04 milyon manat).

Qalan 21 bankdan 19-nun aktivləri 100 milyon manatdan 1 milyard manata qədər, 2 bankın aktivləri isə 10-100 milyon manat arasındadır.

Bölmədən olan bütün xəbərlər