İnvestisiya
161

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 2% azalıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 2% azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 11 540,2 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% az vəsait yönəldilib.

“Renkinq” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 11,7% artıb, qeyri neft-qaz sektoruna investisiyalar isə 9,9% azalıb.

İstifadə olunmuş vəsaitin 7 598,1 milyon manatı və yaxud 65,8%-i məhsul istehsalı sahələrinə, 2 884,6 milyon manatı və yaxud 25%-i xidmət sahələrinə, 1 057,5 milyon manatı və yaxud 9,2%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

10 aylıq investisiya qoyuluşunun 7 390,1 milyon manatını və yaxud 64%-ni daxili vəsaitlər təşkil edib, 7 281,6 milyon manatı və yaxud 63,1%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 58,3%, büdcə vəsaitləri 24,1%, bank kreditləri 6,4%, əhalinin şəxsi vəsaitləri 6,1%, sair vəsaitlər 3,4%, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,7% təşkil edib.

2020-ci ilin 10 ayında Bakıda “Yeni klinika” tibb müəssisəsi, 3 saylı DOST mərkəzi, modul tipli xəstəxana kompleksi, hospital, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı, “Böyükşor” və “Əhmədli” elektrik yarımstansiyaları, Səttar Bəhlulzadə adına Mədəniyyət Evi, ADA Universitetinin iki yeni korpusu, 260 çarpayılıq 3 xəstəxana binası, 1 925 şagird yerlik ümumtəhsil müəssisəsi, Naxçıvan MR-da ümumtəhsil müəssisəsi, 3 ambulatoriya-poliklinika müəssisəsi, Sumqayıtda 2 tibbi maska istehsalı müəssisəsi, qoruyucu kombinezonların istehsalı müəssisəsi, modul tipli xəstəxana, Kimya Sənaye Parkının nəzdində Peşə Təhsili Mərkəzi, Gəncədə tikinti materialları istehsalı zavodu, şəhər xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu, 200 çarpayılıq xəstəxana binası, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu, Mingəçevirdə Dövlət Rəmzləri Muzeyi, Şəkidə modul tipli xəstəxana, 200 çarpayılıq xəstəxana binası, Abşeronda modul tipli xəstəxana, Ağcabədidə “ASAN Həyat” kompleksi, dənli bitki toxumlarının emalı zavodu, Ağstafada “Azərxalça” ASC-nin filialı, Aqrar Sənaye Kompleksi, Balakəndə regional “ASAN xidmət” mərkəzi, Şəhər Uşaq İncəsənət Məktəbinin yeni binası, “Azərişıq” ASC-nin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi, Goranboyda “Azərxalça”nın filialı, İsmayıllıda modul tipli xəstəxana, Kürdəmirda “ASAN Həyat” kompleksi, “Azərxalça”nın filialı, Qazax rayonunda əhəng zavodu, “Azərxalça”nın filialı, Qəbələdə modul tipli xəstəxana, Qobustanda modul tipli xəstəxana, Tərtərdə Olimpiya İdman Kompleksi, Dövlət Rəmzləri Muzeyi, “Azərxalça” ASC-nin filialı, Tovuzda “Asan Həyat” kompleksi, “Azərxalça”nın filialı, Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəmzləri Muzeyi, Şəmkirdə  “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

Bölmədən olan bütün xəbərlər