Sığorta
233
Azərbaycan Sığortaçılar Assosiasiyasına icraçı direktor seçilib

Bakı / 02.11.2020 / Renkinq:
"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinə icraçı direktor seçilib.
"Renkinq" quruma istinadən xəbər verir ki, bu, Elmar Mirsalayevdir.
Onun sözügedən vəzifəyə namizədlik və təyinatını ASA-nın Müşahidə Şurasının üzvləri yekdilliklə dəstəkləyib. E.Mirsalayev bu təyinata qədər “Atəşgah Sığorta” ASC-nin Zərərlərin tənzimlənməsi idarəsinin rəisi vəzifəsində çalışıb.