Sığorta
212

İcbari Sığorta Bürosu: Vətəndaşlara saxta "Yaşıl Kart" satılır

İcbari Sığorta Bürosu: Vətəndaşlara saxta

İcbari Sığorta Bürosuna (İSB) xaricdə fəaliyyət göstərən “Yaşıl Kart” bürolarından, nəqliyyat vasitəsi sahiblərinin beynəlxalq sığorta kartı olan “Yaşıl Kart”la bağlı saxta müqavilələrin bağlanması barədə məlumatlar daxil olub. 

"Renkinq" xəbər verir ki, bu barədə İSB-nin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, “İcbari Sığortalar haqqında” qanunun 63.2.2-ci maddəsinə əsasən, ölkədə qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsinin sahibi Azərbaycan "Yaşıl Kart"ını yalnız bu sistemdə fəaliyyət göstərmək hüququna malik olan yerli sığortaçılarla müqavilə bağlayaraq əldə etməlidir.

"Vətəndaşlardan xahiş edirik ki, xarici ölkələrə səfər zamanı "Yaşıl Kart" sığorta təminatının alınmasında aşağıdakılara diqqət etsinlər:

1. "Yaşıl Kart" blankında yuxarıda solda yerləşən “İcbari Sığorta Bürosu”nun logosunun olmasına; 

2. "Yaşıl Kart"ın qüvvədə olduğu ölkələri əks etdirən cədvəldə (8-ci bölüm) səyahət edəcəyi ölkənin üzərindən xətt çəkilib-çəkilməməsinə; 

3. "Yaşıl Kart"ı təqdim edən sığortaçı (10-cu bölüm) barədə məlumatların dəqiqliyinə.

Vətəndaşlar İSB-nin internet səhifəsi (www.isb.az) vasitəsi ilə və yaxud (012) 595 00 20 nömrəli telefona zəng etməklə də "Yaşıl Kart"ın etibarlılığı barədə məlumat əldə edə bilərlər", - deyə Büro bəyan edib. 

Bölmədən olan bütün xəbərlər