Sığorta
176

“Günay Sığorta”: Şirkətdə heç bir yoxlama aparılmır

“Günay Sığorta”: Şirkətdə heç bir yoxlama aparılmır

“Günay Sığorta” ASC açıqlama yayıb.

“Renkinq”in məlumatına görə, açıqlamada deyilir:

“Ferrini” geyim mağazası “Günay Sığorta”da sığortalanıb və müqavilənin qüvvədə olduğu müddətdə həmin mağazada subasma hadisəsi baş verib. Hadisə araşdırılarkən bir çox şübhəli məqamlar aşkar olunub və müəyyən edilib ki, həmin mağaza 2019-cu ildə sığorta bazarında fəaliyyət göstərən digər bir şirkətdən subasma hadisəsi ilə əlaqədar böyük məbləğdə sığorta ödənişi alıb.  

Qeyd olunan faktları nəzərə alaraq və maliyyə bazarının cinayətkar qəsdlərdən qorumaq üçün şirkətimiz müvafiq hadisənin daha ətraflı araşdırılması, sığorta bazarında fırıldaqçılıqla məşğul olan şəxslərin müəyyən edilməsi məqsədilə qanunverciliklə nəzərdə tutulmuş hüquqlarından istifadə edərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib. Hal-hazırda məhz bu müraciətlə bağlı İdarədə müvafiq araşdırmalar aparılır və bu araşdırmaların “Günay Sığorta”nın fəaliyyəti, o cümlədən tələb olunan kapitalı və məcmu kapitalı ilə heç bir əlaqəsi yoxdur. Belə ki, hər hansı sığorta şirkətinin maliyyə sabitliyini yoxlamaq həmin orqanın səlahiyyəti  xaricindədir.

“Günay Sığorta”nın maliyyə durumu tam sabitdir, baş vermiş sığorta hadisələri ilə bağlı vaxtı-vaxtında sığorta ödənişlərini həyata keçirir. 2020-ci ilin 9 ayı ərzində sığorta ödənişləri 1,749 milyon manat təşkil edib. Yoxlanılmamış, “Günay Sığorta”nın işgüzar nüfuzunu aşağı salan və müştərilərin şirkətə olan inamını sarsıdan yalan məlumatların yayılması ilə əlaqədar vurulmuş zərərin məhkəmədə və digər qaydada tələb etmək hüququndan istifadə olunacaq”.

Bölmədən olan bütün xəbərlər