Sığorta
103

Azərbaycanda könüllü sığorta 14%, icbari sığorta isə 5% artıb

Azərbaycanda könüllü sığorta 14%, icbari sığorta isə 5% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 401,679 milyon manat sığorta haqqı toplanılıb.

“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,2% çoxdur.

Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 5,3% artaraq 170,731 milyon manat olub.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 257,299 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 79,4% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 13,4% azalaraq 50,463 milyon manata düşüb.

Beləliklə, 2020-ci ilin yanvar-sentyabr aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 64,1 manatı qədər ödəniş edilib. Bu rəqəm 2019-cu ilin yanvar-sentyabr aylarında 40,8 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 34,1 manatdan 28,1 manata düşüb.

Bölmədən olan bütün xəbərlər