Bankçılıq
153

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 52% artıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 52% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 180,5 milyon manat ipoteka krediti verilib.

“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,3% çoxdur.

Hesabat dövründə İKZF-nin yenidən maliyyələşdirdiyi kreditlər 2,3 dəfə azalaraq 80,3 milyon manat, qiymətli kağızlar bazarından istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsait 59,1% artaraq 175 milyon manat, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə 19,5% artaraq 143,4 milyon manat təşkil edib. 

Bölmədən olan bütün xəbərlər