Bankçılıq
138

Azərbaycanda problemli kreditlər cüzi artıb

Azərbaycanda problemli kreditlər cüzi artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il oktyabrın 1-nə 1 069,5 milyon manat təşkil edib.

“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 0,4% çoxdur.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 16%, son 1 ildə isə 25,9% azalıb.

Sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 7,2% təşkil edib. Bu nisbət avqustun sonuna 7,3%, ötən ilin sonuna 8,3%, ötən il sentyabrın sonuna isə 10,1% olub. 

Bölmədən olan bütün xəbərlər