Bankçılıq
104

Azərbaycanın bank sektorunun xalis mənfəəti 2% azalıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti 2% azalıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-sentyabr aylarında 512,8 milyon manat xalis mənfəət əldə edib.

“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,9% azdır.

9 ay ərzində bankların əməliyyat gəlirləri 1 911,8 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 1,2% az), əməliyyat xərcləri 1 206,3 milyon manat (2,9% az), xüsusi ehtiyatlara ayırmaları 70,7 milyon manat (47,9% az), mənfəət vergisi ödəmələri isə 122,2 milyon manat (2,2 dəfə çox) təşkil edib.

Bölmədən olan bütün xəbərlər