Bankçılıq
149

​​​​​​“Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti 36% azalıb

​​​​​​“Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti 36% azalıb

“Ziraat Bank Azərbaycan” ASC bu ilin yanvar-sentyabr aylarını 1,94 milyon manat xalis mənfəətlə başa vurub.

“Renkinq” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 35,5% azdır.

9 ay ərzində “Ziraat Bank Azərbaycan”ın gəlirləri 17,342 milyon manat (illik müqayisədə 9,9% çox), xərcləri 11,661 milyon manat (22,7% çox), xüsusi ehtiyatlara ayırmaları 3,439 milyon manat (7,9% çox), mənfəət vergisi ödəmələri isə 303 min manat (3,5 dəfə çox) təşkil edib.

Bu il oktyabrın 1-nə “Ziraat Bank Azərbaycan”ın aktivləri 280,487 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 23,1% çoxdur. Bunun 143,723 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 13% böyüyüb.

Hesabat dövründə “Ziraat Bank Azərbaycan”ın öhdəlikləri 32% artaraq 207,186 milyon manata, o cümlədən depozit portfeli 70,4% artaraq 135,16 milyon manata, balans kapitalı isə 3,4% artaraq 73,301 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər