Bankçılıq
148

“Muğan Bank”ın zərəri 77% azalıb

“Muğan Bank”ın zərəri 77% azalıb

“Muğan Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 1,881 milyon manat zərərlə başa vurub.

“Renkinq” xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 77,2% və yaxud 4,4 dəfə azdır.

9 ay ərzində “Muğan Bank”ın gəlirləri 33,769 milyon manat (illik müqayisədə 22% az), xərcləri 35,335 milyon manat (12,3% az), xüsusi ehtiyatlara ayırmaları 315 min manat (97,2% az) təşkil edib.

Bu il oktyabrın 1-nə “Muğan Bank”ın aktivləri 548,268 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,8% azdır. Bunun 326,395 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 3,2% kiçilib.

Hesabat dövründə “Muğan Bank”ın öhdəlikləri 2,1% azalaraq 463,419 milyon manata, o cümlədən depozit portfeli 9,9% azalaraq 234,473 milyon manata düşüb, balans kapitalı isə 0,4% azalaraq 84,848 milyon manat, o cümlədən nizamnamə kapitalı 2,5% artaraq 102,5 milyon manat olub.

Bölmədən olan bütün xəbərlər