Bankçılıq
139

“Yapı Kredi Bank Azərbaycan”ın xalis mənfəəti 2 dəfədən çox azalıb

“Yapı Kredi Bank Azərbaycan”ın xalis mənfəəti 2 dəfədən çox azalıb

“Yapı Kredi Bank Azərbaycan” QSC bu ilin yanvar-sentyabr aylarını 1,574 milyon manat xalis mənfəətlə başa vurub.

“Renkinq” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 58,3% və yaxud 2,4 dəfə azdır.

9 ay ərzində “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri 30,724 milyon manat (illik müqayisədə 14,5% az), xərcləri 21,083 milyon manat (11,8% az), xüsusi ehtiyatlara ayırmaları 7,393 milyon manat (5,8% çox), mənfəət vergisi ödəmələri isə 673 min manat (46,6% az) təşkil edib.

Bu il oktyabrın 1-nə “Yapı Kredi Bank Azərbaycan”ın aktivləri 350,965 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 15,2% azdır. Bunun 106,397 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 22,1% kiçilib.

Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın öhdəlikləri 19,2% azalaraq 268,919 milyon manata, o cümlədən depozit portfeli 17,1% azalaraq 248,892 milyon manata düşüb, balans kapitalı isə 1,6% artaraq 82,046 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər