Digər
146

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

“Renkinq” quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsi dəyişdirilməyərək 10,25% səviyyəsində saxlanılıb.

Xatırladaq ki, uçot dərəcəsi TMB-nin bu il yanvarın 16-da keçirilmiş iclasında 12%-dən 11,25%-ə, fevralın 19-da keçirilmiş iclasında 11,25%-dən 10,75%-ə, martın 17-də keçirilmiş iclasında 10,75%-dən 9,75%-ə, aprelin 22-də keçirilmiş iclasında 9,75%-dən 8,75%-ə, mayın 21-də keçirilmiş iclasında 8,75%-dən 8,25-ə endirilib, sentyabrın 24-də keçirilmiş iclasında isə 8,25%-dən 10,25%-ə qaldırılıb.

Bölmədən olan bütün xəbərlər