Bankçılıq
156

“Rabitəbank" bu ilin 9 ayını mənfəətlə başa vurub

“Rabitəbank

“Rabitəbank” ASC bu ilin yanvar-sentyabr aylarını 3,844 milyon manat mənfəətlə başa vurub.

“Renkinq” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 49,6% və yaxud təxminən 2 dəfə azdır.

9 ay ərzində “Rabitəbank”ın gəlirləri 43,789 milyon manat (illik müqayisədə 14,8% çox), xərcləri 30,251 milyon manat (9,5% çox), xüsusi ehtiyatlara ayırmaları 9,694 milyon manat (3,35 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “Rabitəbank”ın aktivləri 862,011 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 31,9% çoxdur. Bunun 375,521 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 15,4% böyüyüb.

Hesabat dövründə “Rabitəbank”ın öhdəlikləri 36,9% artaraq 761,67 milyon manata, o cümlədən depozit portfeli 34,7% artaraq 582,321 milyon manata, balans kapitalı isə 3% artaraq 100,341 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər