Bankçılıq
158

“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 23% azalıb

“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 23% azalıb

“Azərbaycan Sənaye Bankı” ASC (ASB) bu ilin yanvar-sentyabr aylarını 5,13 milyon manat xalis mənfəətlə başa vurub.

“Renkinq” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 22,8% azdır.

9 ay ərzində ASB-nin gəlirləri 28,852 milyon manat (illik müqayisədə 0,2% çox), xərcləri 23,264 milyon manat (15,6% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 809 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 1,267 milyon manat (24,5% az) təşkil edib.

Bu il oktyabrın 1-nə ASB-nin aktivləri 935,153 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,5% azdır. Bunun 338,947 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 10% böyüyüb.

Hesabat dövründə ASB-nin öhdəlikləri 1,2% azalaraq 831,225 milyon manata, o cümlədən depozit portfeli 1,3% azalaraq 662,269 milyon manata düşüb, balans kapitalı isə 5,3% artaraq 103,929 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər