İnvestisiya
153

​​​​​​​Yunanıstanın dövlət istiqrazlarının gəlirliliyi minimum həddə düşüb

​​​​​​​Yunanıstanın dövlət istiqrazlarının gəlirliliyi minimum həddə düşüb

Avropa Mərkəzi Bankı və Avropa İttifaqının (Aİ) Yunanıstana verdiyi maliyyə dəstəyi investorların bu ölkə ilə bağlı narahatlığını xeyli azaldıb. 

“Renkinq” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, Yunanıstan yaxın vaxtlarda Aİ-nin bərpa fondundan 16 milyard avro qrant almağa hazırlaşır. Bu xəbərin yayılması fonunda Yunanıstanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 6 faiz bəndi azalaraq minimum həddə - 0,9%-ə düşüb.  

Xatırladaq ki, Yunanıstanın dövlət istiqrazlarının gəlirliliyi sonuncu dəfə tarixi minimumu koronavirus (COVID-19) pandemiyasının Avropaya tam təsir göstərmədiyi fevral ayında yeniləmişdi. 10 il bundan əvvəl isə Yunanıstan hökuməti istiqrazlara illik 40% gəlir vəd edirdi. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər