İnvestisiya
175

Azərbaycan Mərkəzi Bankı “ABB-İnvest İnvestisiya Şirkəti”nə lisenziya verib

Azərbaycan Mərkəzi Bankı “ABB-İnvest İnvestisiya Şirkəti”nə lisenziya verib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-yə lisenziya verilib.

“Renkinq” bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla da, ölkədə lisenziyası olan investisiya şirkətlərinin sayı 9-a çatıb.

Xatırladaq ki, “ABB-İnvest İnvestisiya Şirkəti"ni bu ilin iyun ayında “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) yaradıb. Onun nizamnamə kapitalı investisiya şirkətləri üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat, qanuni təmsilçisi isə Nadir Mansur oğlu Babazadədir.

ABB bundan əvvəl də qiymətli kağızlar bazarının iştirakçısı olub. Banka məxsus "International Transaction System" MMC 2015-ci ildə bazardan kənarlaşdırılıb. Buna səbəb Azərbaycanda “Qiymətli kağızlar bazarı haqqında" yeni qanunun qüvvəyə minməsi olub. 4 illik fasilədən sonra - ABB-nin səhmdarlarının 11 oktyabr 2019-cu il tarixində keçirilmiş yığıncağında yeni investisiya şirkətinin yaradılmasına qərar verilib. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər