İnvestisiya
209

"Bakı Fond Birjası"nın dövriyyəsi 22% azalıb

Bu ilin yanvar-sentyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 8 572,2 milyon manat təşkil edib.

“Renkinq” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,1% azdır.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 12,7% artaraq 3 832 olub.

BFB-nin dövriyyəsinin 65,9%-i, yaxud 5 657,2 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 39,3% azdır.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 80,7% artaraq 1 535,4 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 63,7% artaraq 1 379,5 milyon manat olub. 

Bölmədən olan bütün xəbərlər