İnvestisiya
206

“Kapital Bank” səhmdarlarına yenə dividend ödəyəcək

“Kapital Bank” səhmdarlarına yenə dividend ödəyəcək

Noyabrın 6-da, saat 11:00-da “Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Renkinq” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşviq küçəsi, 2E ünvanında yerləşən inzibati binasında olacaq.

Yığıncağın gündəliyinə “Kapital Bank”ın səhmdarlarına dividendlərin növbəti hissəsinin ödənilməsi, Bankın nizamnaməsinə dəyişikliklər edilməsi, səhmlərin könüllü delistinq olunması və digər məsələlər daxildir.

“Kapital Bank”ın açıqlamasında isə bildirilir ki, növbəti dividend ödənişi gələn ilin yanvar ayında həyata keçiriləcək. Səhmdarlar qeyd olunan vaxtda, əvvəlki qaydada Bankın filiallarına müraciət edə bilərlər.

Bölmədən olan bütün xəbərlər